Barizza şirkəti  Azərbaycanda bir sıra Türkiyə brendlərinin rəsmi nümayəndəsidir. Şirkətimiz yüksək keyfiyyətli malların Azərbaycana idxalına ixtisaslaşaraq Türkiyə istehsalı olan ofis kresloları və ofis mebelləri satışını həyata keçirir. İllərin təcrübəsinə əsaslanaraq ofis dizaynı ilə bağlı bütün xəyallarınızı həyata keçirmək üçün Azərbaycanda yaradıcı və güvənli bir platforma yaratmışdır.

Kollektivimiz 10 ildən artıqdır ki, ofis kreslo və mebeli sahəsində fəaliyyət göstərir. Hər zaman yeniliklərə önəm verən şirkətimiz ən son dövrün tələbləri  ilə uyğunlaşaraq sizə uzun müddətli keyfiyyət və effektiv xidmət üçün gərəkli ofis kreslo və mebeli seçimində  hər zaman köməklik göstərməyə  hazırdır.

Şirkətimiz hər kəsin arzu etdiyi tərzdə kreslo və mebelləri  əl çatan etmişdir.Əməkdaşlarınız Barizzadan nəinki rahat,eyni zamanda  etibarlı ofis kreslosu və mebeli əldə edəcəklər. Biz sizə istənilən zövqə uyğun,istər müasir, istərsə də klassik tərzdə ofis kreslo və mebeli seçimində köməklik edəcəyik.

Müştərilərimiz ilə daima əlaqədə olaraq onların məmnuniyyətini təmin etmək iş prinsipimizin əsasını təşkil edir. Bu səbəblə internet üzərindən  müştərilərimizə professional və operativ sürətdə xidmət göstərir ,təslim etdiyimiz hər bir məhsulun ən kiçik detalına qədər zəmanət veririk.

Əməkdaşlarımızın professionallığı sayəsində Türkiyə istehsalı olan praktik, rahat, etibarlı ofis kreslolarının seçimini qısa zamanda və ən gözəl şəkildə edəcəksiniz.

Eyni  zamanda  dünyaca məşhur markaları cəmlədiyimiz Barizza  həm də sizin dünya markalarına açılan bir pəncərənizdir.

Məqsədimiz məmnuniyyətinizdir!